Eyvaz Zeynallı. Kəşfiyyatçılar

məlumatın dəqiqliyindən asılıydı. Havayı demirlər ki, kəşfiyyatçı ordunun görən gözüdü.

- Hazırsan?

- Hazıram, cənab komandir!

- Yolçu yolda gərək! “Yalquzağ”ını da götür, getdik.

“Yalquzaq” müasir standartlara cavab verən ilk milli snayper silahıydı.

Hərbi hissədən çıxdılar. Qaranlıqdı. Buludlar göydə Ayı “əsir götürmüş”, gizlətmişdilər. Oktyabrın əvvəlləri olsa da, havada soyuqluq varıydı. Hərbi hissənin yerləşdiyi qəsəbə çoxdan yuxuya getmişdi. Hardasa orda-burda arabir itlər hürsə də, ətrafda sakitlikdi. Hələ gecəgörmə cihazına ehtiyac yoxdu. Buralara yaxşı bələddilər.


Ucaboy, enlikürək, yaşı qırxı keçmiş komandirin adı Yaşardı. Birinci Qarabağ müharibəsi zamanı atası da kəşfiyyatçı olmuşdu. Ermənilər onun başına külli miqdarda pul mükafatı ayırmışdılar.

Mühüm tapşırığı yerinə yetirərkən düşmən arxasında mühasirəyə düşmüşdü. Qeyri-bərabər döyüşdə düşmənə təslim olmamışdı. Son anda üstündəki qumbaranı partlatmağa macal tapmış, onu əsir almağa, diri ələ keçirməyə çalışan erməniləri cəhənnəmə göndərmişdi. Ölümündən sonra ona Milli Qəhrəman adı verilmişdi.

Yaşar ağlı kəsəndə atasının yolunu davam etdirmək yağı düşməndən onun qisasını almaq qərarına gəlmişdi. Hərbi məktəbi bitirərək, xüsusi təyinatlıların sırasına qatılmışdı. Ölkəmizdə və Türkiyədə xüsusi təlim kursları keçmişdi.

2016-cı ildə, aprel döyüşləri günlərində, ondan sonra da dönə-dönə düşmən arxasına kəşfiyyata yollanmış, bir neçə dəfə yüngül yaralansa da, tapşırıqları həmişə uğurla yerinə yetirmişdi.

Kəşfiyyatçılar ona dərin hörmət bəsləyirdilər. Çox təmkinliydi. Özü haqqında danışmağı sevməzdi. Ancaq fikrini qarşısındakına elə aydın çatdırardı ki, sual

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az