Eyvaz Zeynallı. Kəşfiyyatçılar

gizlənə-gizlənə özlərini şəhərin mərkəzinə çatdırdılar. Əslində, bu məsafə, çox olsa, on-on beş dəqiqəlikdi. Amma indi onu nə az, nə çox, düz bir saata başa vurmuşdular.

Keçmiş polis idarəsinin qarşısında iki-üç döyüş maşını, dörd tank, səkkiz yük maşını, iki “Niva” vardı. Onlardan biri internat məktəbinin qarşısında gördükləriydi. Adətən, canlı qüvvə yük maşınlarının sayına görə hesablanırdı. Belə götürəndə, burda düşmənin canlı qüvvəsi üç yüzə yaxınıydı.

***

Erməni döyüşçüləri aşağıda topa-topa dayanıb siqaret çəkir, danışır, səksəkə içində ətrafa boylanırdılar. Səsləri aydınca eşidilirdi. Ancaq nə danışdıqlarını başa düşmək çətiniydi.
Bir az aşağı endilər. Yaşar qaranlıqda ağac pöhrələri gördü. Diqqətlə baxanda Xan çinarın yerini tanıdı. Riqqətə gəldi.

Təbiətin bir möcüzəsi olan bu çinarın dibində suyu buz kimi olan qədim bir kəhriz də vardı. El arasında ona “Çinar kəhrizi” deyilirdi. Bir vaxt hamı bu Xan çinarın kölgəsinə yığışar, kəhrizin suyundan içər, sərinləyərdi. Xan çinarın yenidən pöhrələnməsi sanki rəmzi məna daşıyırdı. Bu torpaqların tezliklə azadlığa qovuşacağını o da duyurdu. Ermənilər Cəbrayıl rayonu ərazisindəki yaşı əsrlərlə ölçülən çinar meşələrini vəhşicəsinə qırmaqla kifayətlənməmiş, onu da kəsmişdilər.

Yaşar düşmənin üzünə quruyan “Çinar kəhrizi”nin də bir gün yenidən çağlayacağına inanırdı!

Burda qalmaq təhlükəliydi. Düşmən postları bir-birinə çox yaxındı. Gecə olmasına baxmayaraq, hər tərəf düşməndi. Qarışqa kimi qaynaşırdılar. Özlərini unudub qəfil pusquya da düşə bilərdilər. Kəşfiyyatçı üçün ən dəhşətlisi elə buydu.

Yarıuçuq evlərin divarları arxasında daldalana-daldalana üzüyuxarı qalxmağa

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az