Eyvaz Zeynallı. Kəşfiyyatçılar
başladılar. Arif komandirdən on-on iki metr aralı hərəkət edirdi. Qulaqları səsdə, nəzərləri ətrafda, barmağı silahın tətiyindəydi. Tez-tez dönüb arxaya baxmağı da unutmurdu.
Dolana-dolana “Dostluq bulağı” deyilən yerə yaxınlaşdılar. Elə bil heç bir zaman buralarda insan yaşamamış, o boyda gözəl şəhər olmamışdı. Hər yeri kol-kos basmışdı. Keçilməz cəngəllikləri xatırladırdı. Hündür, sıx kolların arasında daldalandılar. Burda da bir xeyli düşmən silahlısı vardı. Bərkdən danışır, nə üstəsə mübahisə edirdilər. Hərəsinin ağzında işıldaquş kimi bir siqaret közərirdi.
Heç beş dəqiqə keçmədi ki, mərkəz Yaşarın düşmən qüvvələrinin yeri barədəki dəqiq məlumatını aldı.
Kəşfiyyatçılar Füzuli rayonundan gələn asfalt yolu da nəzarətə götürdülər. Ora üç yol ayrıcıydı. Məlumatın verilməsindən düz otuz dəqiqə sonra əsgərlərimiz asfalt yolu, “Dostluq bulağı”nın yan-yörəsini, keçmiş polis idarəsinin ətrafını sürəkli top atəşinə tutdular.
Erməni yaraqlıları çığır-bağırla ətrafa səpələndilər. Başlarını soxmağa yer axtarırdılar. Top mərmilərindən ətrafa dağılan qəlpələr rəhmsizdi. Yaxaladığını o saat yerə sərirdi. Yaralılar ortalıqda zarıyır, köməyə adam çağırırdılar.
Top atəşi on dəqiqədən çox çəkdi. Toparlanan düşmən topları, tankları, hərbi maşınları da əks istiqamətdə — Mahmudlu tərəfdə yerləşmiş hərbi qüvvələrimizi vurmağa cəhd edirdi. Top mərmilərindən biri yolun kənarında dayanmış düşmən tankının qülləsini qopardı. Növbəti mərmi düşmən topunun birini uşaq oyuncağı kimi neçə metr göyə qaldırıb yerə çırpdı. Böyür-başındakı erməni yaraqlılarının meyitləri ətrafa səpələndi.
Kəşfiyyatçılar bir qədər geri, qəlpələrin tutmadığı yerə çəkildilər. Komandir
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13