Eyvaz Zeynallı. Kəşfiyyatçılar

qurbanlarını vurub-vurmadığı ilə maraqlanacağını pıçıldayırdı. Aha, budur, nəhayət, maskalanmış düşmən snayperi qayanın arxasından boy göstərdi.

Alnını nişan alıb tətiyi çəkdi. Düşmən vəhşi heyvan kimi bağıraraq böyrü üstə aşdı. Bunu komandir də gördü. Aralıdan sağ əlinin baş barmağını yuxarı qaldırdı, razılıqla gülümsədi.

Bir qədər gözləyib komandirinin yanına süründü. Ona görə narahatdı. Kəşfiyyatçı, birinci növbədə, yoldaşının qayğısına qalmalıydı.

Güllə Yaşarın çiynini boynuna lap yaxın yerdən yalayıb ötmüşdü.

- Elə bil arı sancdı, - dedi.

Köməkləşib yarasını sarıdılar. Təhlükəli deyildi. Narahatlığa əsas yoxdu. Diqqətlərini ətrafa yönəltdilər. “Görəsən, qayanın arxasında düşmənin başqa döyüşçüsü yoxdur ki?” - indi hər ikisini düşündürən bu sual idi. Lakin hər tərəf dərin bir səssizliyə qərq olmuşdu...

Artıq internat məktəbinin qarşısında düşmən əsgərləri qaynaşırdı. Deyəsən, səhər yoxlamasından keçirdilər. Bu arada ora bir qara “Niva” markalı minik maşını da gəlmişdi. Yəqin, içindəki yüksək çinli zabitlərdəndi. Handan-hana maşından düşdü. Onu görəndə əsgərlər farağat komandası ilə yerlərində bir müddət hərəkətsiz qaldılar. Bir nəfər qaçaraq ona yaxınlaşdı. Əvvəl əlini gicgahına aparıb hərbi qaydada salamladı. Sonra bir-birilə əl tutdular. Birlikdə binanın girəcəyinə tərəf addımladılar. Çox çəkmədi, yolda bir “KamAZ” maşını da peyda oldu. Sürətlə binaya yan aldı. Əsgərlər onun yük yerindən bir neçə yaralı düşürdülər. Yaxında, Füzuli tərəfdə döyüşlər gedirdi. Yəqin, ordan gətirmişdilər. Ardınca kəşfiyyatçıların “təminat” yolu adlandırdığı yolda bir köhnə “UAZ”, xaçşəkilli təcili yardım maşını göründü. Yaralıları daşıyıb ona

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az