Eyvaz Zeynallı. Kəşfiyyatçılar
özündən asılı olmayaraq, dedi: “Döyüşçü üçün gövdə yox, cəsur ürək lazımdı!” Səsində qətiyyət və sərtlik duyulan komandir ucadan səsləndi: “Biz öz torpağımız uğrunda döyüşürük. Bu torpaq onların Vətəni olsaydı, xarabazara çevirməz, qoyub qaçmazdılar!”
Kəşfiyyatçılar internat məktəbinin ətrafındakı vəziyyəti öyrənməyə tələsdilər. Ordumuz orda da uğur qazanmışdı. Hamı sevinir, şadlanırdı. Avtomatlardan göyə yaylım atəşi açan kim, bir-birini qucaqlayıb təbrik edən kim...
Arif birdən zirehli gödəkçəsinin altında gizlətdiyi üçrəngli bayrağı çıxarıb başının üstündə yelləməyə başladı. Yaşar dedi:
- Durma, qalx, onu binanın üstünə sanc!
- Oldu, komandir!
Bir azdan üçrəngli bayrağımız binanın üstündə dalğalanmağa başladı. Hamı onu alqışlayırdı. Döyüşçülər cib telefonlarını çıxarıb bu səhnəni çəkirdilər. Onların arasında Arifin komandiri mayor Yaşar Məmmədli də vardı.
***
Qəsəbədə yerləşən hərbi hissənin qarşısında qələbəlikdi. Çoxu qəsəbə sakinləriydi. Kəşfiyyatçıları qarşılamaq, alqışlamaq üçün bura yığışmışdılar. İndi onları bütün ölkədə tanıyırdılar. Şəkilləri televiziya kanallarında göstərilir, sosial media saytlarında paylaşılırdı. Ölkə prezidenti xəbərlər proqramında Cəbrayıl şəhərinin düşməndən azad olunduğunu elan edərkən cəsur kəşfiyyatçının üçrəngli bayrağımızı internat məktəbinin ən hündür yerinə necə sancmasını da göstərirdilər.
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13