Eyvaz Zeynallı. Kəşfiyyatçılar
hamısını çıxarıb aparmış, qalanlarını sındırmış, bir neçə yerə bölmüşdülər.
Bir qəbir, bir başdaşı da salamat qalmamışdı. Dağılmış qəbirlərin ətrafı insan sümükləri ilə doluydu. Belə bir şey indiyəcən nə oxumuş, nə də eşitmişdilər. Kəşfiyyatçılar bu ağlasığmaz mənzərənin qarşısında donub qalmışdılar.
Özlərinə gələ bilmirdilər. Dişlərini bir-birinə bərk-bərk sıxan Arif birdən özünü tamam unudaraq ucadan dedi:
- İlahi! Görəsən, yer üzündə belə bir vəhşi xalq yenə varmı?
Öz səsinə özü də diksindi, ona elə gəldi ki, səsi səsgücləndirici ilə deyilmiş kimi hər tərəfə yayıldı, dağda-daşda əks-səda verdi. Amma komandir buna görə onu qınamadı. Sakitcə:
- Bunun hayıfını onlarda qoymayacağıq. Qisas qiyamətə qalmamalıdı! - dedi.
Artıq dan yeri sökülməkdə, üfüq ağarmaqdaydı. Bir azdan günəş doğacaq, gecə ilə gündüzün çarpışması həmişə olduğu kimi, gündüzün xeyrinə başa çatacaqdı.
Müşahidə aparmaq üçün mövqe seçməliydilər. Komandirin dediyinə görə, burdan əlverişli yer tapmayacaqdılar. Qəbiristanlıq yüksəkdə, şəhər aşağıdaydı. Hər tərəf əl içi kimi görünürdü.
Ətrafdakı çala-çuxurları diqqətlə yoxlayandan sonra bir-birindən azca aralı iki dağılmış yanaşı qəbirdə yerləşdilər. Qumqumalarını çıxarıb bir neçə qurtum su içdilər. Suları qurtarmaq üzrəydi.
Ətrafı müşahidə etməyə başladılar. Bir azdan hava işıqlandı. İndi əsir şəhər aydın görünürdü. Hər yan dağıdılmışdı. Uçuq divarlar sanki dil açıb insan kimi yalvarırdı.
Aşağıda, xeyli aralıda yalnız bir beşmərtəbəli bina salamatdı. Komandirin dediyinə görə, keçmiş internat məktəbiydi. Yaşargilin kəndi rayon mərkəzinə yaxındı. Yuxarı siniflərdə oxuyanda idman müəllimi onları bu internat məktəbinə
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13