Eyvaz Zeynallı. Kəşfiyyatçılar

Səfərqabağı istirahət edən xüsusi təyinatlı hərbi kəşfiyyatçılar gecəyarısı “Qalx!” əmri verilən kimi oyandılar. Mayor pəncərəyə yaxınlaşıb pərdələri yoxladı, işığı yandırdı...

Bir neçə gün idi ki, İkinci Qarabağ savaşı başlanmışdı. Cəbhədə qanlı döyüşlər gedirdi. Təmas xəttinə yaxın hərbi hissədə, onun yerləşdiyi qəsəbədə gecələr işıqları yandırmaq təhlükəsizlik tədbiri kimi qadağan olunmuşdu. Zirehli gödəkçələri geyinəndə mayor dedi:

- Yəqin, sən əvvəlki gödəkçələri görməmisən?

- Yox, - deyə Arif cavab verdi.

- Bunlardan iki dəfə ağır, on beş kiloqramdı. Üstünə də gəl silah-sursatı, dolu çantanı... Zorla hərəkət edirdik.

Kəşfiyyat bıçaqlarını kəmərlərinə bağladılar. Ehtiyat güllə daraqlarını, qumbaraları, rabitə aparatını, gecəgörmə cihazını, minaaxtaranı, digər şeyləri qablaşdırdılar. Ən az götürdükləri ərzaqdı. Kəşfiyyatçılar deyirdilər: “Düşmən arxasında bizə yeməkdən vacib silah-sursatdı”.

Axşam bir bağlama da gətirmişdilər. Açanda gördülər, qurşağacan olan rezin sapoqlardı.

Arif axşam gec yuxuya getmişdi. Kəşfiyyata getdiyi ilk dəfə olmasa da, yerinin içində qarşıdakı tapşırıq haqqında düşünür, tez-tez çevrilir, həyəcan keçirirdi.

Axı kəşfiyyatçı da robot deyil, insandı. Həyəcan, qorxu hissləri ona da yad deyildi. Bəlkə də, komandiri daha həyəcanlıydı. Axı hər şeyə görə ilk növbədə o, cavabdehdi. Sadəcə, özünü soyuqqanlı aparmağı bacarırdı.

Kəşfiyyatçılar gizlicə düşmənin arxasına keçməliydilər. Onların Cəbrayıl şəhəri ətrafındakı mövqeləri, hərbi qüvvələri, texnikaları haqqında ətraflı məlumat toplamalı, rabitə aparatı vasitəsi ilə qərargaha ötürməliydilər. Düşmənə qarşı keçiriləcək hücum əməliyyatının nəticəsi həmin

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az