Eyvaz Zeynallı. Kəşfiyyatçılar

başqa bir şeylə rastlaşırsan. Hər şeyə hazır olmalıyıq.

Çayın içi ilə üzüyuxarı gedirdilər. Su soyuqdu. Səs salmamaq üçün addımlarını ehtiyatla atırdılar. Çayın sahilində adam boyu qalxmış qamışlıq onları kənar gözdən qoruyurdu. Qıraqdan görünmək ehtimalı azdı.

Arif nəzərlərini komandirindən ayırmır, geri qalmamağa çalışırdı. Qamışlığın nisbətən seyrək olduğu ərazilərdə əyilərək addımlayırdılar. Ağır yükün altında, üstəlik suyun içi ilə bu cür getmək yorucuydu. Amma məcburdular.

Araz çayının o biri sahilində sıralanmış Cənubi Azərbaycan kəndlərinin işıqları ulduz kimi sayrışırdı. Arazın bu tərəfində isə işıq, yaşayış qəhətə çəkilmişdi. Hara baxırdın, xaraba kəndlərdi. Ermənilər evlərin içini, çölünü talamış, yararlı nə vardısa, hamısını daşıyıb aparmış, daşını daş üstə qoymamışdılar...

Tezliklə quruya çıxdılar. Sürətlə qərb istiqamətində irəlilədilər.

- Bir-birimizdən ən azı on addım aralı getməliyik, - Yaşar xəbərdarlıq etdi. - Burada mina təhlükəsi daha çoxdur.

Hər tərəf kolluq, daşlıq-qayalıqdı. Qaranlıqda yol-riz çətin seçilirdi. Çox da gecəgörmə cihazları ilə hərəkət edirdilər. Düşmən həddən artıq məkirli, hiyləgərdi. Ağaclardan, kollardan “sürpriz minalar” asır, ağaclar arasında qaranlıqda gözlə görünməyən nazik tel çəkirdilər. Təsadüfi toxunuş insanın həyatı bahasına başa gəlirdi.

Yaşar qabaqda ehtiyatla minaaxtaranla gedirdi. Arif onun ardınca addımlayırdı. Səhərə yaxın Cəbrayıl şəhərinin qərb tərəfində yerləşən, “Qurban təpəsi” deyilən məşhur yerə çatdılar. Buradan qəbiristanlığa keçmək çətin olmadı. Gecəgörmə cihazları ilə ətrafa göz gəzdirdilər. Qəbirlər yerlə-yeksan edilmişdi. İşğalçı ermənilər mərmər başdaşılarının

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az