Eyvaz Zeynallı. Kəşfiyyatçılar
yarışlara gətirərmiş. Burda indi düşmənin xeyli qüvvəsi cəmləşmişdi. Onların texnikasını, canlı qüvvəsini dəqiqləşdirməliydilər. Bu tərəfdə texnika-filan görünmürdü. Binaya bir az da yaxınlaşmalıydılar. Ətrafda hələ gediş-gəliş, hərəkət seyrəkdi.
Arif qəfildən qulağının dibində qəribə bir vıyıltı duydu. Snayper tüfənginin səssiz atılmış gülləsi olduğunu anladı. Başını göz qırpımında geri, komandirə sarı çevirdi. Elə həmin andaca Yaşarın boğuq səsi eşidildi:
- Ayy!.. - Sağ əlilə sol çiynini tutub, gec olsa da, sığındığı çalanın dibinə yatdı. Xəbərdarlıq etməyi də unutmadı: - Ehtiyatı ol, düşmən sol tərəfdə, qayanın arxasındadır.
Düşmən əsgərlərmizdən o qədər qorxurdu ki, öz postlarının böyür-başını belə minalayır, kameralar quraşdırır, snayperlər saxlayırdılar. Kəşfiyyatçılarımızın gecə-gündüz onların içində fəaliyyətdə olduqlarını bilirdilər.
- Yaran ciddidi?
“Artıq əsəblərin mübarizəsi gedirdi” cümləsində ifadə olunmuş fikri necə başa düşürsünüz?
- Boş şeydi, sən özündən muğayat ol.
Üzü üstə uzanmışdı. Qımıldanmadan nişan verilən qayanı müşahidə edirdi. Artıq əsəblərin mübarizəsi gedirdi. Aydın məsələydi, düşmən onların hər ikisini görmüşdü. Ancaq seçimi komandir olmuşdu.
Yəqin, növbəti qurbanını görməyə tələsirdi. Elə Arifin özünün də daha onu gözləməyə səbri çatmırdı. Gərginlik içində fikirləşir, çıxış yolu tapmağa çalışırdı.
Deyəsən, tapdı! Kaskasını başından çıxardı. Əlini birtəhər uzadıb, onu yandakı uzunsov daşın başına keçirdi. Təzədən yerində rahatlanmamış kaskası qəribə bir səslə fırlanaraq böyrünə düşdü. Tez qayanı nişangaha aldı. Həyəcandan ürəyi sinəsində quş kimi çırpınırdı. Fəhmi ona düşmən snayperinin
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13