Eyvaz Zeynallı. Kəşfiyyatçılar

üzlərini bədheybət görünmək, qaranlıqda düşməni vahiməyə salmaq üçün rənglədiklərini düşünürdü. Səbəbi ilə kursda maraqlanmışdı.

Demişdilər, insanın gözləri və burnu gecə ay işığında parıldayır. Lap pişik gözləri kimi. Yenə şübhə etmişdi. Yalnız şəxsi təcrübəsindən keçirəndən sonra inanmışdı. Amma sualından da qalmamışdı: “Onda bəs niyə gözlərimizi deyil, onların altını qaraldırıq?” Bunun da səbəbi varmış. Gözlərin altına çəkilən rəng onların parıltısını udur, ətrafa yayılmağa qoymurdu!

Arif o vaxtacan allergiyası olduğundan da xəbərsizdi. Kremdən sonra dərisi əməlli-başlı səpmişdi. Onun əvəzinə təbii kömürdən istifadə etməyə başlamışdı.

Beş dəqiqədən sonra sahillə çay boyu yollarına davam etdilər. Təmas xəttinə çatanda Yaşar dayandı, onu da saxladı. Pıçıltı ilə dedi:

- Sapoqları geyinməli, burdan belə çayın içi ilə getməliyik. Quru ilə getmək təhlükəlidi. Minaya düşə bilərik. Çayda mina basdırılması ehtimalı azdı.

Arif bu barədə də məlumatlıydı. Ancaq bir söz demədi.

Komandir qolundakı saatın üstünü ovcu ilə örtüb baxdı. Arif səsini qısaraq pıçıltı ilə soruşdu:

- Neçə saatdı yol gəlirik?

- Dörd saatdan artıqdı.

Özləri ilə götürdükləri yeməkdən yüngülcə yedilər. Qumqumalarındakı sudan bir neçə qurtum içdilər. Qabaqda buna imkan olmaya da bilərdi.

- Mənim hesablamama görə, - Yaşar dedi, - heç bir əngəl-filan çıxmasa, ya da azmasaq, nəzərdə tutulan yerə vaxtında çatacağıq.

- Sizin kimi komandirlə yolu azmaq mümkün deyil! - Arif vurğuladı. O saat da sözlərinin yersiz tərif kimi səsləndiyini anlayıb qəlbində özünü qınadı.

- Mən Allahın bacısı oğlu deyiləm, - Yaşar dedi. - Kəşfiyyat hər an sürprizlərlə doludu. Çox vaxt sən bir xəyal qurursan, əvəzində,

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az