Cəvahir Tanrıverdi. Göy qurşağı
Ancaq bunun necə baş verdiyini anlamırdı. Gülçin Göy qurşağının üzərində idi. Göy qurşağı dedi:
- Mən səni hər bir rəngimdə ayrı-ayrılıqda gəzdirəcəyəm. Lakin sənə bir sözüm var. Sən gərək mənim deyəcəyim sözə əməl edəsən. Sən hər bir rəngdə cürbəcür meyvələr görəcəksən. Hər rəngdə olarkən o meyvələrdən yalnız birini yeyə bilərsən. İkincisini yesən, orada olan kirpilər səni öz evlərinə aparacaqlar. Sən də onlarla yaşayıb onların dediklərinə əməl etməli olacaqsan. Bunun olmağını istəmirsənsə, yalnız bir meyvə ye. Unutma bunu.
Gülçin dedi:
- Elə bu? Narahat olma, Göy qurşağı. Hər rəngdə yalnız bir meyvə yeyəcəyəm.
Göy qurşağı əvvəlcə Gülçini qırmızı rəngin üzərinə qoydu. Gülçin qırmızı rəngin üzərində olanda özünü çəmənlikdə gördü. Elə bir çəmənlik ki, burada olan bütün meyvələr və çiçəklər qırmızı rəngdə idi. Yaşıl çəmənlikdə başqa rəngdə nə bir çiçək vardı, nə də bir meyvə. Hətta günəbaxanın çiçəyi belə qırmızı rəngdə idi. Gülçin heyranlıqla ətrafa baxırdı. Burada cürbəcür meyvə ağacları, kollar, torpaq altında olan meyvələr də var idi. Armud ağacının üzərindəki qırmızı armudlar o qədər gözəl görünürdü ki, adamın yeməyi gəlirdi. Lakin Gülçin hər an yadına salırdı ki, onun Göy qurşağına verdiyi söz var. Burada və digər rənglərdə yalnız bir meyvə yeyə bilər. Buna görə də seçim etmək istəyirdi. Sonra Gülçin başqa ağaca baxdı. Orada qırmızı limonlar vardı. Amma Gülçinin fikri elə qırmızı armudlarda qalmışdı. O, armudu seçdi. Birini qoparıb ləzzətlə dişlədi. Bu armud əvvəllər yediyi sarı armudlar kimi dadırdı. Lakin bu dad onu xəyalən nənəsinin yanına apardı. Gülçin nənəsigilə gedəndə nənəsi bağlarında xüsusi bəslənən, dadı da digər armudlardan daha
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14