Cəvahir Tanrıverdi. Göy qurşağı
Üzərində albalılar.
Gülçin mahnısını oxuya-oxuya digər rəngə keçdi. Bu, sarı rəng idi. Buraya daxil olanda heyrətindən donub qaldı. Digərlərindən fərqli olaraq burada hər meyvə öz rəngində idi. Burada yalnız ağacların yarpaqları və otlar, yəni təbiət sarı rəngə boyanmışdı. O, addım atdıqca sarı otlar bir-birinə toxunaraq nəğməli səs çıxarırdılar. Gülçin bu səsi eşidib qərara gəldi ki, addımlarını elə atsın ki, gözəl bir musiqi yaransın. O, addımlarını ritmlə atdıqca maraqlı bir musiqi yarandı. Bu musiqinin sədalarına orada olan ayı, şir, tülkü, dovşan, dələ, xoruz və digər heyvanlar yığışaraq rəqs etməyə başladılar. Gülçini maraq bürümüşdü: “ Axı digər iki rəngdə təbiət öz rəngində idi, yalnız təbiətin bir hissəsi olan meyvələr və çiçəklər Göy qurşağındakı eyni rəngə boyanmışdı. Burada isə meyvələr öz rəngindədir. Təbiət isə sarı rəngə boyanıb. Digər çəmənliklərdə onun gözünə bir heyvan belə dəyməmişdi. Amma bu musiqi səsinə nə qədər heyvan yığışdı. Görəsən, bunun səbəbi nədir? “, - deyə düşünərkən birdən heyvanlardan biri dil açıb danışmağa başladı. Bu ayı idi. O dedi:
- Balaca qız, biz sənin ürəyindəki sualına cavab verə bilərik. Sən rənglərin sehirli aləminə düşmüsən. Hər bir rəng özünü sənə digər rənglərdən fərqli şəkildə göstərmək istəyir. Sarı rəng də digər rənglərdən fərqlənmək üçün ağac və otları öz rənginə boyadı, meyvə və çiçəkləri isə öz təbii rənglərində saxladı. İndi sənin bizimlə bağlı yaranmış fikrinə cavab verim. Əslində biz digər çəmənliklərdə də var idik. Amma səndən gizlənirdik. Çünki düşünürdük ki, sən bizdən qorxub geri çəkilərsən və bu Göy qurşağından çıxıb gedərsən. Bunun baş verməməyi üçün sənin gözlərinə görünmədik. İndi
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14