Cəvahir Tanrıverdi. Göy qurşağı
adını Ağıllı qoymamışıq ki.
Digər kirpilər Ağıllının sözləri ilə razılaşdılar. Qərara gəldilər ki, balaca qızı özləri sağaltsınlar. Nə etdilərsə, balaca qızı oyada bilmədilər. Sonunda yenə əlac Ağıllının ağıllı fikirlərinə qaldı. Ağıllı dedi:
- Gəlin birimiz həkim tısbağanın yanına gedək. Ona bildirək ki, Astagəlin ürəyi gedib. Buna bir çarə tapsın. Amma onun özünü buraya gətirmək olmaz.
Hamısı Ağıllının fikri ilə razılaşdı. Kirpilərdən ən balaca boya malik olan və elə buna görə də Balacaboy adlanan kirpini həkimin yanına yolladılar. O hər şeyi Ağıllının dediyi kimi danışdı. Tısbağa ona bir ot verdi. Onu qaynadıb suyunu içirməyi tapşırdı. Balacaboy tısbağanın yanından ayrıldı və öz evlərinə doğru yollandı. Lakin tısbağanı narahatlıq bürüdü. O heç vaxt xəstəsinin yanından ayrılmazdı, ta ki xəstə sağalana qədər.
Balacaboy otu Ağıllıya verdi. Otun qaynadıb suyunu balaca qıza içirmək lazım olduğunu bildirdi. Həmin otu qaynadıb suyunu balaca qıza içirən kimi qız ayıldı. Ancaq kirpilər onu yataqdan qalxmağa qoymadılar.
Həkim tısbağa çox narahat idi. O qərara aldı ki, gedib xəstəni öz gözləri ilə görsün. Beləliklə, tısbağa yola düzəldi. Gedib kirpilərin evinə çatdı. Pəncərədən baxanda gördü ki, çarpayıda balaca bir qız uzanıb. O, qızı tanıdı. Bu, mahnı səsləndirən qız idi. Həmin an işin nə yerdə olduğunu və onun nəyə görə burda olduğunu anladı. Ancaq tısbağa onu da yaxşı bilirdi ki, qızı kirpilərin əlindən almaq asan məsələ deyil. Tısbağa heç içəri daxil olmadan geriyə - öz evinə qayıtdı. O düşündü ki, Gülçinin xilası üçün gərək digər heyvanları başına toplasın. Onlarla məsləhət etsin. Digər heyvanların ona mütləq kömək edəcəklərinə əmin idi. Tısbağa heyvanları öz evinə topladı və
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14