Cəvahir Tanrıverdi. Göy qurşağı

və dələ mənə kömək üçün bu addımı atdılar. Ancaq mən sizi aldada bilməzdim. Axı dost dostu aldatmaz. Ancaq sizdən çox xahiş edirəm, məni buraxın, öz evimə gedim.
Bu zaman Göy qurşağının səsi gəldi:
- Kirpilər, onun cəzası bitmişdir. Buraxın onu.
Kirpilərdən ən ağıllısı olan Ağıllı dedi:
- Yaxşı buraxırıq. Ancaq bu axşam vaxtı gecdir axı. Qoy bu gecə də qalsın. Səhər buraxaq. Son bir gecə də qalsın.

Göy qurşağı da, Gülçin də razılaşdı. Kirpilər Gülçinin getməyinə görə çox məyus olmuşdular.
Hətta, həmişə gülən Güləyən belə göz yaşı axıdırdı. Bütün gecə söhbət etdilər. Gah güldülər, gah ağladılar. Gülçin də məyus olurdu. Amma digər tərəfdən valideyinlərinə, əzizlərinə qovuşacağı üçün sevinirdi. Kirpilərə təsəlli verirdi.

Səhər açıldı. Kirpilər Gülçini evdən çıxardılar. Haradan götürmüşdülərsə, oraya da aparıb qoydular. Gülçinlə çox mehriban şəkildə ayrıldılar. Göy qurşağı dedi:
- İndi isə səni evinin qarşısına qoyum.
Gülçin dedi:
- Bir söz soruşmaq istəyirəm.
- Buyur, soruş.
- Sən necə belə tez qərara aldın ki, məni öz evimə qaytarasan? Axı mən cəzalı idim.
Göy qurşağı cavab verdi:
- Bəli, sən cəzalı idin. Doğrudur, bu, xoş bir cəza idi. Burada cəza yalnız ondan ibarət idi ki, sən öz əzizlərindən əbədi olaraq uzaqda yaşayacaqdın. Amma sən bir doğru hərəkətinlə bu səhvini düzəltdin. Sən dostluğunu unutmadın. Kirpiləri aldatmadın. Əgər kirpiləri aldatsaydın, yenə də oradan çıxa bilməyəcəkdin. Çünki sənin yalanın sənin cəzanı artıracaqdı. Bu dəfə başqa cür olacaqdı hər şey. Amma sənin istədiyin kimi yox. Sən isə kirpilərə doğru danışmaqla bağışlandın. Yaxşı, sənin məndən istədiyin son bir şey varmı?
Gülçin dedi:
- Var. Mən istəyirəm ki, hər dəfə yağış yağandan

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az