Cəvahir Tanrıverdi. Göy qurşağı

də sən ritmlərlə musiqi sədaları yaratmasaydın, biz hələ də üzə çıxmayacaqdıq. Sənin addımların bizi də ürəkləndirdi.

Gülçin donub qalmışdı. Ayı da danışa bilir? Bu zaman şir davam etdi:
- Bəli, Gülçin. Ayı dedi axı sənə. Sən sehrli aləmdəsən. Biz sənin ürəyindən keçənləri anlaya bilirik. Biz səninlə dost olmaq istəyirik.
Gülçin dedi:
- Əlbəttə, dost olaq. Mən bütün heyvanları sevirəm.

Gülçin bunu deyib heyvanlara sevgi ilə sığal çəkdi. Sarı otlar üzərində gəzməyə başladı. Ağacda portağal görüb qopardı. Onu yeməyə başladı. Yedikcə oyun yoldaşları ilə oynadığı oyunu xatırladı. Əlindəki portağalı yeyib bitirdikdən sonra baxıb gördü ki, donu sarı rəng oldu. Üzərində də portağal şəkilləri çox gözəl görünürdü. Gülçin donuna yenidən mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum,
Rəngi sarı xəzəl donum.
Portağalla bəzənibdir
Günəşə tay gözəl donum.
Mahnını oxuya-oxuya heyvanlara əl yelləyib digər rəngə keçdi. Burada təbiət, təbiətdəki ağaclar, meyvələr, çiçəklər, bir sözlə təbiətdəki bütün gözəlliklər yaşıl rəngin müxtəlif çalarlarına boyanmışdı. Göy qurşağındakı yaşıl rəng Gülçinin ürəyində sevgi yaratmaq üçün belə fərqlilik etmişdi. Otlar, ağaclarda yarpaqlar tünd yaşıl rəngdə idisə, meyvələr və çiçəklər açıq yaşıl rəngdə idi. Burada yeganə fərqli rəng Gülçinin əynindəki donun sarı rəngi idi. Gülçin yaşıllıqda sarı çiçəyə bənzəyirdi. Ağacda nar da yaşıl rəngdə idi. Gülçini maraq bürümüşdü: “Görəsən, narın dənələri də yaşıl rəngdədir?” Əlini uzadıb nardan birini qopardı. Nar əlində bir an içində

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az