Cəvahir Tanrıverdi. Göy qurşağı
baş-bu başa gəzməyə başladı. Birdən gözü pəncərənin digər tərəfində ona doğru baxan dələyə sataşdı. Dələ əl hərəkətləri ilə Gülçini pəncərəyə tərəf çağırdı. Gülçin pəncərəyə yaxınlaşdı. Ehmalca pəncərəni açdı. Dələ ona planlarını iki cümlə ilə bildirdi. Plan bu idi ki, Gülçin kirpilərlə mehriban davranacaq. Tülkü gəlib özü hər şeyi yoluna qoyacaq. Gülçin pəncərəni bağlayıb yerinə uzandı. Səhər açıldı. O, kirpilərlə çox mehriban davranmağa başladı. Kirpilər Gülçinin bu mehribanlığına çox sevindilər. Onlar özlərinə qida əldə etmək üçün meşəyə yollandılar. Lakin qapını bayır tərəfdən kilidlədilər. Gülçin axşama qədər səbrlə gözlədi. Hər gün evə qayıdanda Gülçini daha şən və mehriban gördülər. Hətta Gülçinin yeməyi üçün də uyğun qidalar tapmışdılar. Artıq Gülçin də yemək yeyirdi. Üçüncü gün tülkü gizlin gəlib Gülçini aparacaqdı. Lakin Gülçin buna razı olmadı ki, tülkü kirpiləri aldatsın. O istəyirdi ki, hər şey xoşluqla olsun. Gülçin kirpiləri çox istəyirdi. Ancaq əzizləri və evi üçün də çox darıxırdı. Gülçin hər şeyi, dələnin və digər heyvanların qurduğu planı kirpilərə açıb demək istəyirdi. Lakin cəsarət etmirdi
Kirpilər evdə olmayanda tülkü gəldi ki, Gülçini aparsın. Lakin Gülçin tülkü ilə getmədi. Tülkü buna lap məəttəl qaldı. Gülçin bildirdi ki, özü hər şeyi yoluna qoyacaq. O, kirpiləri aldatmaq istəmirdi. Axşam düşdü. Kirpilər evlərinə qayıtdılar. Gülçin hər şeyi kirpilərə danışdı. Dələnin gəlişindən, heyvanların planlarından və tülküdən. Kirpilər bunu eşidəndə dedilər:
- Yaxşı, sən bəs bunları niyə bizə danışırsan? Nə əcəb tülkü ilə getmədin?
- Mən sizin mehribanlığınızı, xeyirxahlığınızı görürəm. Siz çox gözəl dostlarsınız. Əslində, tülkü
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14