Cəvahir Tanrıverdi. Göy qurşağı
gördüklərini onlara danışdı. Onlar çox düşündülər və bir qərara gəldilər. Plan qurdular. Bu planı həyata keçirmək üçün fəaliyyətə başladılar.
Gülçin artıq ayılmışdı. Kirpilərə yalvarmağa başladı:
- Nə olar, məni buraxın, gedim.
Kirpilərdən biri dedi:
- Yox, bu bizim qaydalarımıza uyğun deyil axı. Biz səni heç bir yerə buraxa bilmərik. Sənin bizimlə yaşamağında heç bir narahatlığın olmayacaq. Biz çox şən kirpilərik. Hətta aramızda ən zarafatcıl kirpi də var. Adı da Güləyəndir. Sən onun söhbətlərinə qulaq assan, heç darıxmayacaqsan. İnan ki, elə özün həmişəlik bizimlə qalmaq istəyəcəksən.
Gülçin dedi:
- Əslində mənim sizdən narazılığım yoxdur. Siz çox mehriban, qayğıkeş kirpilərsiniz. Amma mən əbədi olaraq sizinlə yaşaya bilmərəm axı. Mənim oyun yoldaşlarım, bağça yoldaşlarım, ata-anam, bacım və qardaşım – bunların hamısı darıxacaq mənim üçün. Mən də onlar üçün artıq darıxmağa başlayıram. Gəlin belə danışaq. Bəlkə, sizi özümlə aparım. Bizim evin həyəti yaşıllıqdır. Bunun kimi böyük olmasa da, həyətimizdə ağac da var. Onun yanında sizin üçün ev də düzəldərik. Razısınız? Kirpilər razı olmadılar:
- Yox, biz öz evimizdən heç yana tərpənə bilmərik. Bu ev bizə lap ulu kirpidən qalıb. Biz bu evdən çıxsaq, digər heyvanlar gəlib girər bu evə. Axı bu evdə bizim xatirələrimiz var.
Gülçin bu söhbətlərə qulaq asdı və sakit dayandı. Bildi ki, nə desə də, bu, kirpilərə təsir etməyəcək. Artıq gecə düşmüşdü. Kirpilər öz yataqlarına uzandılar. Gülçin isə çarpayıda uzanıb düşüncülərə daldı. Bütün gecə yuxuya getmədi. Digər heyvanlar isə artıq planlarını həyata keçirmək üçün fəaliyyətə başlamışdılar. Dələ kirpilərin evinin pəncərəsinin altında dayanmışdı. Gülçin yatağından qalxdı və otaqda o
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14