Cəvahir Tanrıverdi. Göy qurşağı
malik idi. Gülçin dedi:
- Axı bunlar dadlı deyil.
- Nə danışırsan, balaca qız? Bizim yeməklərimiz meşədə olan ən nadir və faydalı bitkilərdən hazırlanıb. Sən yenə dadına bax, bəyənəcəksən.
Gülçin yenə cəhd etmək istədi, lakin yenə də yeyə bilmədi ki, bilmədi. Axşam düşürdü. Gülçin dedi;
- Mən öz evimə getmək istəyirəm. Kirpilər dedilər:
- Yox, balaca qız. Sən heç bir yerə gedə bilməzsən. Bundan sonra bizimlə yaşayacaqsan.
- Axı mən burada yaşaya bilmərəm.
- Sən bənövşəyi rəngdə olarkən ikinci meyvəni yeyib bütün sehri pozdun. Sən cəzalısan. Burada isə cəza verən bizik.
Gülçin qorxaq baxışlarla kirpilərə baxaraq kəsik-kəsik danışmağa başladı:
- Ne - cə - ə? Cə-za-a? Nə cə-za-a?
- Balaca qız, cəza deyəndə çox qorxulu bir şey deyil. Əslində heç qorxulu deyil. Sən həmişəlik bizimlə qalacaqsan. Evdə yeməyimizi bişirərsən. Biz də nə gətirərik, yeyərsən, yaşayarsan bizimlə. Əslində burada cəza adlanan heç nə yoxdur. Biz insanlara zərər vermirik. Kiminsə bizimlə yaşamağını istəyirik. Biz insanları çox sevirik. Amma bilmirəm, niyə digər heyvanlar bu istəyimizi insanlara qarşı olan cəza adlandırır?.. Biz də onları dili ilə cəza deyirik.
Gülçin bu sözləri eşidən kimi ürəyi getdi, yıxıldı yerə. Kirpilər çox qorxdular. Tez Gülçini qaldırıb çarpayıya uzatdılar.
- Gördün, Astagəl, necə danışdınsa, balaca qızın ürəyi getdi.
Digər kirpilər də Astagəl adlı bu kirpini danladılar:
- Astagəl, sən neylədin? İndi get və həkim tısbağanı tez çağır gəlsin.
Bu zaman kirpilərin ən ağıllısı olan Ağıllı dedi:
- Yox, onu çağırsaq, o bu qızı əlimizdən alıb öz diyarına göndərəcək. Hər şeyi ağılla etmək lazımdır.
Astagəl dedi:
- Ağıllı çox ağıllı danışdı. Axı o aramızda ən ağıllı kirpidir. Əbəs yerə biz onun
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14