Cəvahir Tanrıverdi. Göy qurşağı

ləzzətli olan armud ağacından dərib Gülçin üçün saxladığı bir armudu ona verirdi. Bu ağac hələ körpə olduğundan çox az bar gətirirdi. Nənəsi də bunu nəzərə alaraq armudun birini Gülçin üçün saxlayırdı. Heç kəs onun payına toxuna bilməzdi. Gülçin bunları xatırlayaraq armudu yeyib bitirdi. Birdən nə görsə yaxşıdır? Onun əynində qırmızı rəngdə bir don var. Üzərində də qırmızı rəngdə armud şəkilləri. O bu hala həm təəccübləndi, həm də çox sevindi. O qədər sevindi ki, donuna bir mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum,
Al qırmızı gözəl donum.
Göz oxşadın sehrinlə sən,
Armudlarla bəzən, donum.
Gülçin mahnısını oxuya-oxuya digər rəngə keçdi. Bu narıncı rəng idi. Burada bütün meyvələr və çiçəklər narıncı rəngdə idi. Narıncı rəngdə olan almalar portağala bənzəyirdi. Albalı ağacı da yalnız narıncı albalılarla örtülmüşdü. Gülçin - “meyvələr narıncı rəngdə necə gözəl görünürlər.”, - deyə düşündü. Sonra əl atıb ağacdan bir cüt albalı qoparıb yedi. Yenə xəyalına bəzi hadisələr gəldi. Evdə olarkən albalını götürüb sırğa kimi qulağının üst tərəfinə keçirməyi yadına düşdü və öz-özünə güldü. Başını aşağı salıb donuna baxdı. Don narıncı rəng olmuşdu. Üzərində də narıncı rəngdə albalı şəkilləri vardı. Yenə donuna mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum
Narıncı rəngə boyanar.
Gözəl donum, gözəl donum,


Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az