Cəvahir Tanrıverdi. Göy qurşağı
açıldı. Gülçin baxdı ki, narın dənələri özündən də açıq rəngdədir. Onlar elə parlayırlar ki, baxanın gözü qamaşır. Gülçin narı yeməyə başladı. Bitirəndə gördü ki, donu yaşıl rəng oldu. Gülçin donuna yenə bir mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum,
Çəmənlik tək gözəl donum.
Yarpaqların rəngindədir
Yaşıl rəngli gözəl donum.
Gülçin mahnı oxuya-oxuya digər rəngə keçdi. Bu mavi rəng idi. Burada hər tərəf tər-təmiz suya qərq olmuşdu. Gülçin suyun üzərində gördü özünü. Amma ayaqları suda batmırdı. Sanki su Gülçini üzərində saxlayırdı. Gülçin addım atdı. Suyun üzünə qalxmış ağacların üzərində mavi rəngli meyvələr var idi. Böyürtkənlər də mavi rəngdə idi. Gülçin əl uzadıb bu meyvədən qopardı və yedi. Xəyalına kənddə dostları ilə yediyi böyürtkənlər gəldi. Bir də hər dəfə böyürtkən yığarkən tikanların əlinə toxunaraq onu incitməyi də yadına düşdü. Tez xəyaldan ayrıldı. Gördü ki, donu mavi rəng alıb. Üzərində də mavi rəngli böyürtkənlər. Gülçin yenə mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum,
Mavi gözlü gözəl donum.
Üzərində böyürtkənlər,
Gözəl rənglə bəzən, donum.
Gülçin daha sonra göy rəngə keçdi. Burada isə o özünü göy səmada, ağ buludlar üzərində gördü. Buludların üzərindəki ağaclarda olan meyvələr də göy rəngdə idi. Cürbəcür meyvələr göz oxşayırdı. Lakin Gülçinin diqqətini daha çox göy rəngli ərik çəkdi. O, ərikdən birini qoparıb yedi. Donu göy rəngə
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14