Cəvahir Tanrıverdi. Göy qurşağı
boyandı, üzərində də ərik şəkilləri vardı. Gülçin donunun gözəlliyinə heyran oldu. O qədər heyran oldu ki, sonunda bir mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum.
Göy meyvələr bəzər donum.
Göy üzünün gözəlliyi
Üzərində gəzər, donum.
– deyərək sonuncu rəngə keçdi. Bu rəng bənövşəyi rəng idi. Gülçinin ən çox sevdiyi rəng. Çəmənlikdə olan çiçəklərin hər biri bu rəngdə idi. O, bənövşə çiçəyini çox sevirdi. Burada isə bütün çiçəklər bənövşə rənginə boyanmışdı. Gülçin çox xoşbəxt idi. Ağaclar üzərində olan meyvələr də öz rəngləri ilə onu xoşbəxt edirdi. Bənövşəyi rəngdə olan almaları görən kimi dayandı. Ehmalca əlini uzadıb bir alma qopardı. Dişlədi, gördü ki, almanın qabığı kimi içərisi də bənövşəyi rəngdədir. Almanı yedikcə yadına bağça yoldaşları düşdü. Onlarla bərabər oturub alma şəkli çəkmişdilər. Öz-özünə dedi ki, qayıdan kimi yoldaşlarına bənövşəyi rəngdə alma haqqında danışacaq. Bənövşəyi rəngdə alma şəkli çəkəcək ki, yoldaşları bu rəngdə almanın olduğunu da bilsinlər. Almanı yeyib bitirdi. Donuna baxıb gördü ki, donu bənövşəyi rəng alıb. Üzərində də bənövşəyi rəngdə alma şəkilləri. Yenə mahnı oxumağa başladı:
Gözəl donum, gözəl donum,
Bənövşəyi almalarla
Bəzən donum, bəzən donum.
Bənövşə tək gözəl donum.
Oxuya-oxuya yoluna davam etməyə başladı. Elə təzəcə mahnısını oxuyub bitirmişdi ki, qarşısında bənövşəyi şaftalılarla dolu olan ağac
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14