Cəvahir Tanrıverdi. Göy qurşağı
gördü. “Nə gözəl şaftalılardır”, - deyə düşündü. Əl uzatdı. Şaftalılardan birini qopardı. Gülçin Göy qurşağına verdiyi sözü unutmamışdı. Lakin nəfsi ona üstün gəlmişdi. Şaftalının rənginə heyran olan Gülçin əlindəki meyvəni yeməyə başladı. Şaftalını təzəcə yeyib bitirmişdi ki, bir neçə kirpinin onun ətrafında dövrə vurduğunu gördü. Kirpilər Gülçini dairəyə almışdılar. Gülçin kənara addım atmaq üçün cəhd etsə də, kirpilər imkan vermədilər. Gülçinin ayaqları kirpilərin tikanlarına toxundu. Bu zaman özü də bilmədən özünü kirpilərin üzərində gördü. Kirpilər sürətlə hərəkət edərək Gülçini bir ağacın yanına apardılar. Bu ağac meşənin lap kənarında idi. Ağac çox enli və hündür idi. Gövdəsində də böyük bir oyuq var idi. Bu oyuq kirpilərin evi idi. Gülçin kirpilərin təkidi ilə buraya daxil oldu. Kirpilərin tikanları Gülçinin ayaqlarını çox incitmişdi. Özünü içəri atan kimi yer axtardı ki, otursun. İçəri otaq kimi idi. Ortada gözəl bir süfrə açılmışdı. Süfrədə düzülmüş yeməklər çox gözəl və ləzzətli görünürdülər. Əsasən müxtəlif otlardan hazırlandığı elə ilk baxışdan anlaşılırdı. Bəs bunlar Gülçinin yediyi yeməklərə bənzəyirdimi? Yoxsa bunlar yalnız kirpilərin yeyə biləcəyi otlardanmı hazırlanmışdı? Bunu anlamaq çətin idi. Ətrafında stullar var idi. Divardan isə müxtəlif kirpi şəkilləri asılmışdı. Gülçin evə baxıb çox təəccübləndi. Kirpilərdən biri dedi:
- Buyur, stullardan birində əyləş, balaca qız.
- Yaxşı, - dedi Gülçin. Keçib bir stulda əyləşdi. Kirpilər də süfrə arxasında əyləşdilər. Gülçin yeməklərdən ona ən yaxın olanından qabına çəkib yemək istədi. Ağzına alan kimi xoşagəlməz dad hiss etdi. Bu yeməklər gözəl görünsələr də, insanların yediyi yeməklərdən fərqli dada
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14