Ataqam, \"Vurğun\" (hekayə)

Vurğun

Azmışdıq. Bizi dördyoldakı qara daşın üstündə oturub avazla kitab oxuyan ağsaqqal kişi, bir də şüşə ciliklənməsi səsinə bükülmüş uzanıb-gödələn, nazilib zoğ kimi qıvrılıb düyünlənən, təzədən çözülüb açılan ağ-qara zolaq kölgələr çaşdırmışdı.

Ağ səubunun ətəklərini altına yığıb bardaş qurub oturmuş nuranı qocaya salam verdik. Qoca: “Qabaqda çınqıllıq var, indi çayanların cütləşən vaxtıdı, bu yandan gedin, bura kəsədi” – deyib meşəyə gedən cığırı göstərdi. “Sağ ol”umuza saqqalını sığallayıb zorla sezilən təbəssümlə cavab verdi. Səmti dəyişib meşə yoluna üz tutduq.

Çənub-qərbə gedib iki adsız sısqa çayı keçməli, qoşa çinarın yanında səfərçiləri gözləməli, karvana qoşulub Kərbəla ziyarətə getməli idik.

Kölgələrin fantom rəqslərinə baxdıqca canıma xof dolurdu. O isə başını aşağı salıb məndən üç addım qabaqda gedirdi. Bircəcə dəfə gözucu ətrafa baxdı. Ürəklənib addımlarımı yeyinlətdim. İndi yanaşı gedirdik.

Qorxduğumu, ola bilsin, ya inamsız yerişimdən, ya da tez-tez ətrafa boylanmağımdan duymuşdu. Hələ bəlkə ürəyimdən keçənləri də oxuyurdu. Arada sakitcə: “Qorxma, buranı keçək, düz yola çıxarıq”- deyib təsəlli verirdi.

Bizdən qabaq buralardan çox adam keçmişdi; qoşa izlərdən, cığırın sağ-sol yörəsinə basdırılmış çubuqlardan, sönmüş ocaqların boz külündən bilirdim. Cüt ayaq izlərinin dabanı bizə tərəf idi. İzlərdən ucu bizə tərəf olanlar yalnız ləpirlər idi.

Mən danışmaq istəyirdim; susmaqdan həmişə qorxmuşam. O da qaradinməz adam deyildi, əksinə, onu bütün şən məclislərimizin canı bilirdik. Hələ məktəbdə oxuduğumuz illərdə hər bayramda ağlagəlməz hoqqalar çıxarar, bağıryaran oyunlar düşünər, hərdən də uşaqları yığıb səhnəciklər

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az