düzəldərdi. Mənə həmişə arxa rolları verərdi (amma heç inciməzdim). Çox da yaraşıqlı idi. Sinifdə hamıdan hündür, hamıdan güclü idi. Məndən başqa hamı ona həsəd aparardı.
Məktəbimiz Bakının adsız məktəblərindən biri idi, amma hamı ona “Nuzugilin məktəbi” deyərdi. Nuzu bizdən iki sinif aşağı oxuyurdu. Kefi kök olanda şabaladı buruq saçlarına çiçək taxardı. Vurduğu ətirin adını heç kimə deməzdi. Oğlanların yanından keçəndə həmişə gülümsəyərdi. Onun təbəssümünü hərə özünə götürərdi.
Günlərin bir günü o, Nuzunun adını çəkdi. Həmin gün bütün oğlanların qaşqabağı yer süpürdü. Fikir verməmişdim, deyirlər guya o gün rus dili müəllimimizin də kefi bərk pozulubmuş.
Bir dəfə anamdan “gözəl adamlar niyə gözəl olur?” soruşmuşdum. Anam qaradınməz adam idi, ən uzun cümləsi üç sözdən artıq olmazdı. “Vitamin yeyirlər” – demişdi. O gündən atamın verdiyi simitpulundan kəsib meyvə alıb xəlvətcə yeyərdim. Meyvə olmayanda, vitamin həbləri alıb atardım, qutularını da yığardım.
Nuzugilin toyundan bir gün qabaq mənə soyuq dəydi, sancı qarnımı doğradı, toya gedə bimədim. Bir neçə gün sonra uşaqlardan biri onların qoşa şəklini gətirdi. Nuzu gəlin paltarında tovuzquşuna oxşayırdı.
İyirmi iki yaşımın tamamında, Nuzunun toy şəklini görən gün vitamın qutularını yandırdım.
***
Talaya çıxdıq. Burda ot elə bil oraqla biçilmişdi, hamisi eyni boyda idi. Ətrafdakı ağacların kölgələri indi titrəşir, ucları talanın otrasındakı çömçəquyruqlar üzüşən gölməçədə birləşirdi.
--Bəlkə bir az dayanaq? - razılığımı gözləməyib oturdu.
Mən də oturdum. Azmağımızın canımı sarmış xofu olmasaydı, elə burdaca uzanıb doyunca yatardım. Çəmənliyə dirsəklənidim, onun gözlərini yumulu görüb ayaqlarımı
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14