gülüşü altında oyunu uduzmuşdum. Danışdıqlarını əzbər bildiyim üçün ona qulaq asmırdım, eləcə, arada başımı tərpədirdim.
--Yadındadı, bir dəfə mənə yuxunu danışırdın? - əlinin dalı ilə qoluma bərkdən vurdu, - deyirdin yuxuda ilan görmüsən, sonra da gedib dişini çıxartdırmısan. Dişinin yeri ağrıya-ağrıya da gəlib başını qırxdırmısan. Hələ dəllək boynunun arxasını qırxanda ziyilini də kəsmişdi, yadındadı?
-- Hə, yadımdadı, - özümdən asılı olmadan boynumu qaşıdım.
-- O vaxt sənə demədim, mat qalmalı iş idi, axı mən də eyni yuxunu görmüşdüm!
-- Ola bilməz! Bəs niyə demədin?!
-- Hə, demədim. Qorxdum Nuzu eşidib mənə gülə.
-...
--Sonralar da danışdığın yuxuların hamısını eynilə mən də görürdüm.
***
Yorulmuşduq. Xəzəlli cığırı palçıq yol əvəz eləmişdi. Löhmə topuğumuza çıxırdı. Yavaşca: “Gəl qayıdaq, bu yolun axırı yoxdu” – dedim. Eşitmədi. Bəlkə də heç demədim, eləcə fikirləşdim.
Qəfildən dayandı. Köynəyimin yaxasını ovuclayıb dişlərini qıcadı:
-- Bilmirsən, gecə niyə qaranlıq olur?
Əlini yaxamdan qopartdım:
-- Bilmirəm...
Xeyli göz-gözə dayandıq. O, şalvarının balağını dizinə qədər çirmədi, çəkmələrini çıxarıb bağlarını bir-birinə düyünlədi, sol çiynindən aşırdı. Çəkmələrdən süzülən löhmə köynəyi boyu axıb bir neçə cığır açdı. Corabsız olduğunu indi sezdim. - Gündüzlər nifrət etdiklərimizi gecələrin qaranlığında sevmək üçün, - o, palçıqlı barmaqları ilə alnını ovuşdurub dedi.
Mən də ayaqqabılarımı çıxartdım. Onun ayaqlarının izi ilə getməyə çalışdım, amma mənim ayağım onunkundan iri idi deyə, cəhdlərim boşa çıxdı. Yenə yanaşı addımlamalı olduq. Yalın ayaqlarımız gilli palçığa batdıqca, çirkli su sıçrayıb şalvarımızı batırır,
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14