Ataqam, \"Vurğun\" (hekayə)

ayaqlarımızı götürdükdə isə ufultuya bənzər səs çıxırdı.

İndi də o, bütün şəhərin əzbər bildiyi təyyarə qəzasının necə baş verdiyini, ayağını necə sındırdığını danışırdı. Toyundan iki il sonra vurulduğu bir ərli xanımla ezamiyyət adıyla xəlvətcə İssık-Kula getməsini, qayıdanbaş duman olduğundan, təyyarənin Binə limanının eniş zolağına sərt çırpılıb sol qanadını sındırmasını danışınca, mən artıq əhvalatın sonuna çatmışdım...

***
Nuzuyla mən onun gipsə qoyulub dəmirdən asılmış ayağı tərəfdə durub üzgün-üzgün baxışırdıq. Palatadakı köhnə radio xışıltılı səslə axşam xəbərlərində yaralananların adını sadalayanda Nuzunun sifəti ağarmışdı. Dodaqları əsə-əsə qolumdan tutub məni dəhlizə dartmışdı:
--Eşitdin?! Bir yerdə imişlər!
--Kim?
--O! - əlini palataya uzatmışdı, - məşuqəsi ilə. Adlarını yanaşı çəkdilər, deməli biletləri də yanaşı imiş. – Axı mənə deyirdilər! Deyirdilər axı! – Nuzu üzünü əlləriylə örtüb arxasını mənə çevirmişdi.
-- Bəsdi! Qısqanc qəlbin açarı şeytanın əlində olar, - səsimə məzəmmət tonu qatıb hardansa oxuduğum cümləni deyib onu qucaqlamışdım. – Sən mənimsən! – saçını burnumun ucuyla aralayıb ehtirasla qulağına pıçıldamışdım. Nuzu bərk-bərk mənə sıxılmışdı.

Onun ayağının gipsi açılan gün baş verən hadısəni isə heç yada salmaq istəmirəm. Nuzunu həmin gün birdəfəlik itirmişdim...

***
Palçıq dizimizə çıxırdı. Qəribə idi: dərinə getdikcə, palçıq isinirdi. İndi palçıq elə ilıq idi, hər dəfə ayağım nazik su qatının səthini gərib özünə rahatca yol tapıb lıqqıltı ilə dizimin gözünə qədər löhməyə girəndə içimdən xoş bir gizilti keçirdi.

Yanıq iyi gəldi. Devikdik. Bizə yol göstərən nuranı qoca ağacın altında oturub oxuduğu

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az