Ataqam, \"Vurğun\" (hekayə)

gəldi.
Hər ikimiz qanrıldıq. Qoca idi. Ləngərli yerişlə gölçəni hərlənib ladan kollarının yanında dayandı. Başala barmağını bizə tuşlayıb “yaxın gəlin, yol burdandı, yolunuzun çətini arxada qalıb, buranı keçəndən sonra düz yola çıxacaqsınız” dedi.

Bir-birimizə baxdıq. Çovğançı “başla!” əmrindən qabaq cilovu yığıb atını şahə qaldıransayağı dikəlib əzələlərimi gərdim. Heç olmasa, bu an ondan irəlidə olmaq istədim.
O, yenə məndən qabağa düşdü; gölçənin düz ortasıyla, qırmızı balıqların ətalətli üzüşünü pozub ladan kollarına tərəf qaçdı. Özümdən asılı olmadı, mən də onun dalınca suya girdim. Ladan kollarına az qalmış qəflətən onun boğaza qədər palçığa batdığını gördüm. Bataqlığın qıfşamış üfunəti burnumu qıcıqlandırdı. Geri qayıtmaq istədim, heç cür alınmadı, yapışqan kimi palçıq məni də yavaş-yavaş dərinə çəkirdi.
--Ən gözəl güllər bataqlıqda bitir, bilmirdiniz?! - qoca qəhqəh çəkdi.
--Kömək elə, baba! – yalvardım.
--Xilas yolun gözünün qabağındadı, - qoca barmağı ilə havada dairə çəkib onu göstərdi.
Qocanın nə dediyini əvvəl anlamadım, sonra qarşımda qulaqlarına qədər palçığa batmış başa baxdım. Əl atıb onun saçından yapışdım. Baş palçığın altında itəndə əlimi çəkdim. Yenə dayaqsız qaldım.
--Qurban olum, baba, kömək elə!- zarıdım.
Qoca donquldanıb oturdu, sol ayağını burnumun ucuna qədər uzatdı. Var gücümü toplayıb qocanın çirkli ayağından yapışıb sinəmə sıxdım.

Bataqlıqdan zorla çıxardığım bədənimin yerini kirli su örtüb itirdi.

Kəsif qoxuyan ağ ladan çiçəklərindən bir neçəsini qoparıb dodaqlarımı sildım. Qocaya minnətdarlıq etdim. O, cavab vermədi. Cibindən zəngli saat çıxarıb əqrəblərini burdu. Zəng səsi meşəni bürüdü...

***

Gözümü

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az