Ataqam, \"Vurğun\" (hekayə)

səssiz sualına cavab vermişdi.

Çaxırı kənara itələyib çay istəmişdim. O, narazılıqla mətbəxə keçib çay dəmləyən zaman Nuzu mənimlə üzbəüz dayanmış, məkrli təbəssümlə mənə baxıb “Necəsiniz?” soruşmuş, çilək xalatının toqqasını bərkitmək bəhanəsiylə düyününü açıb toqqanı əlindən salmışdı. Mən onun bihuşedici şampun qoxuyan çılpaq bədəninə baxıb “Sən Tanrının qızısan!” deyəndə Nuzu qəhqəh çəkmişdi. “Ya Rəbb, düşünmüşdüm, -elə bil bu gülüşü sən özün bəstələmisən, Nuzu da heç vaxt gülüşündəki notlara qəlp qatmadan oxuyur!”

***

Üst-üstə uzanıb qucaqlaşıb birlikdə cürümüş ağacların arası ilə açıqlığın kənarına doğru getdim. O isə oturub başını əlləri arasına almışdı. Gün batmaq üzrə idi. Sərt dönüşlərlə uçan kəpənəklər astaca yırğalanan ağacların arasından sızan şüaları tez-tez kəsiridi. Bir qədər irəlidə qarşıma ətrafı rəngli güllərlə dolu, içində qırmızı xırda balıqlar üzən gölçə çıxdı. Batmaqda olan günəşin narıncı şüaları dibi aydın görünən dupduru sulu gölçədə əks olunmuşdu.
--Gəl bir bu gözəliyə bax! – onu çağırdım.
Yaxınlaşdı.
--O xınagülüdü, - dedi, - Bu da sünbülçiçəyi.
-- Bəs bu? – soruşdum.
-- Məncə, mayaotudu.
-- Bu süsəndi, - ən yaxşı tanıdığım gülü göstərib əminliklə dedim.
--Qəribədi, axı bu güllər buralarda bitmir!? - əyilib mayaotundan birini qopartdı.
-- Doğrudan qəribədi, sözünü təsdiqlədim. – Bəlkə bura güllərin görüş yeridi?! – dedim. Sözümün mənasızlığını anlayıb tez geri götürmək istədim, ancaq o “mən də elə düşünürəm” deyəndə sakitləşdim.
--Mən ona ilk dəfə xınagülü bağışlamışam, - dedi.
--Kimə? – Nuzunu nəzərdə tutduğunu düşünüb qısqanclıqla soruşdum.
-- O xanıma. Mənə həyatın

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az