Ataqam, \"Vurğun\" (hekayə)

gün hər şeyi bildiyini və məni bağışladığını dedi. Nuzunun məni bağışlayacağına inanmadım, çünki o hər xırda səhvi ömür boyu yadda saxlayan adamdı. Bağışlanmağımın səbəbini isə sonra öyrəndim.
--Öyrəndin?! Necə?– elə həyəcanla soruşdum ki, o, təəccüblə məni süzdü.
--Sarı kişi köynəyindən...
-- ...
-- Mən heç vaxt rəngli alt köynəyi geymirəm. Xəstəxanadan çıxdığım günün ertəsi döşəyimin altından ətəyi bürüşüb yapışmış sarı alt köynəyi tapdım.

Başımı aşağı saldım. Altdan geydiyim yaşıl can köynəyim görünməsin deyə, özümdən asılı olmadan, damalı köynəyimin yuxarı düyməsini bağladım.
--Bəs... bəs sən Nuzunu bağışladın? – səsimin titrədiyini özüm də duydum.
--Hə, bağışladım. Ayağımın gipsi açılan gün mənə vurğunluğunu o sayaq çılğınlıqla bildirəndə, özümə söz verdim ki, nə olur olsun, heç vaxt Nuzudan ayrımayacam.

Gips açılan günü baş verən və məni Nuzudan birdəfəlik ayıran hadisəni yadıma salmaq istəməsəm də, öz-özünə beynimə axdı...

***

Həkimin “bu gün gipsi açırıq” deməsi hər üçümüzü sevindirmişdi. Nuzu mənim sevincimin yalançı olduğunu üzümə vurmamışdı. Bir azdan tibb bacısı gəlib gipsi sökəndə o, qanı çəkilib ağarmış ayağını havada oynadıb sevinclə bizə baxmış, “sağaldıq, Nuzu!”, -demişdi.
Nuzu tibb bacısını təşəkkürlərlə qapıdan yola salıb cəftəni vurmuş, çarpayının ayağına yaxınlaşıb qoftasını, məmədanını çıxarmış, onun ayağını sinəsinə söykəyib döşləri ilə ovuşdurmağa başlamışdı. O an boğazımın quruyub suluq atmış yanıq yarası kimi göynədiyini yaxşı xatırlayıram. O, mənə baxıb ikrah qarışıq ləzzətlə gülmüş, mən isə gözlərimi yumub başımı divara söykəmişdim.

--Sən indi Nuzu ilə xoşbəxtsən? – özümə

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az