Ataqam, \"Vurğun\" (hekayə)

kitabdan qopardığı vərəqləri bir-birinin oduna yandırırdı.

Vərəqlər yanana qədər lam dayanıb baxdıq. Bir neçə dəfə gücümü toplayıb qocadan kitabı niyə yandırdığını soruşmaq istədim, amma səsim çıxmadı. Qoca bizə baxıb gülümsədi, cibindən tütün çıxarıb papiros bükdü, alışdırıb dərin bir qullab vurub bizə tərəf üfürdü. Marixuananın yağlı qoxusunu əlbəəl aldım. Tüstü buruq-buruq süzüb gəlib düz qrşımızda bataqlığa hopub itdi.

--Sabah tövbə edəcəm! – bunu o dedi.
--...
-- Tanrıya yalvarıb deyəcəm: Nuzuda görmədiklərimi başqasında gördüm, - ayaqqabılarını sağ çiyninə keçirdi, - məni bağışla, Yaradanım! - palçıqlı barmağını mənə tuşladı, - mənə bütöv həyat lazım idi, başa düşürsən?
Dinmədiymi görüb əlini havada oynatdı:
--Axı sən heç vaxt bütöv həyatın tamını dadmamısan.
Yenə susdum, çünki nə deyəcəyimi bilmədim. Onu çalafikir bir adam bilirdim, ona görə də dediyi bu qəribə sözlərə mat qalmışdım. Nuzuyla onun izdivacını Yaradanın ən böyük yanlışlığı sayırdım. O, hər dəfə Nuzunun adını çəkəndə, elə bilirdim Yaradan marixuanadan bir qullab alıb öz səhvinə qəşş eləyir.
-- Bütöv həyatı tənha da yaşamaq olur, – mızıldandım.

Biz yenə açıqlığa çıxdıq. Bura taladan çox, quruyub aşıb çalın qalmış ağac məzarlığına bənzəyirdi. Ayağımızın palçığını cürüyüb həlməşmiş ağaclara sürtüb təmizlədik.
--Şükr, - dedi, - yola çıxırıq.
--...
--Kərbəladan anama güllü yaylıq alacam, evini eybəcər şlyapalarla doldurub.

Ürəyim sancdı. Onun anası ilə rastlaşdığım an yadıma düşdü...

***
Nuzu bütün rəfiqələrini toylarının ildönümünə, özünün dediyi kimi, “cuna” toyuna çağırmışdı. O isə bizim sinifdən məni, bir də həmişə nərd oynadığı yaxın dostuna demişdi.

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az