burda yuva salır, burdan da beyini dumanlandırır. - Ürək? – o, başımdan keçən sualı oxudu. - Ürək axmaq bir ət parçasıdı! - əlini yellədi, - bütün xəyanətlər ürəkdən xəlvət baş verir.
O, əl-qolunu ölçə-ölçə yenə nəsə dedi, səsi kardioqram kimi dalğalandığından, dediklərinin yarısını eşitmirdim.
Ayağa durdu, mənə əl uzatdı. Onun əlinə toxunmaq istəmirdim, biləyindən yapışıb qalxdım.
Talanın ayağında qara bir cığır ağzını açıb bizi gözləyirdi. Ayağımız palçığa batmasın deyə, topa-topa bitmiş çayırların üstü ilə gedirdik. Çayır sürüşkən idi, addım atdıqca, tarazlığı saxlamaq üçün bir-birimizdən yapışırdıq.
***
Çayırlı cığırı batutabənzər yol əvəz etmişdi. Çəkmələrimiz xışıltıyla illərlə solub cığıra tökülüb yapırıxmış yarpaq çürüntülərinə batır, ayağımızı çəkən kimi isə, yay kimi gərilmiş izimiz boşalır, açılıb düzəlirdi. Kimsə ağaclardan birinə biçaqla “Nənni yol” cızıb yazmışdı. Şüşə ciliklənməsi səsi də boğulub itmişdi.
Hardansa yenə ağ saqqalı göbəyinə düşən nuranı qocanın avazı gəlirdi. Dayanıb xeyli dinlədik. Qocanın hər sözü meşədə əks-səda verirdi. Zorla da olsa, dediklərini tuta bilirdik: “Dərinə gedin... Ləzzət dərinlikdədi... Zaman hər kəsi yolayrıcında yaxalayır...”
Bir-birimizə baxıb çiynimizi çəkib meşənin dərinliyinə doğru addımladıq.
Yol bizi yırğaladıca, o, Nuzuya vurulduğu ilk gündən – tənəffüsdə idman zalında tennis oynamağımızdan, birinci setdə onu udandan sonra hirslənib paltarlarını qurşağa qədər soyunduğundan, qızların gülüşüb pəncərənin ağzında basabas salmalarından, Nuzunun pəncərədəki dibçəklərdən qopartdığı gülləri ona atmasından danışırdı. O vaxt fikrimi çiçəklərdən ayıra bilməyib qızların istehzalı
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14