Ataqam, \"Vurğun\" (hekayə)

gözəlliyi öyrədən xanıma.

O, xanımla yaşadığı alacan oyunlarının incəliklərini sonsuz vurğunluqla danışarkən, mən Nuzunun həmin təyyarə qəzasından bir gün sonrakı gecə zəngi haqda düşünürdüm. Kallaşmış səslə eləcə “mənəm” deyib dəstəyi asmışdı. Doyunca ağladığı bəlli idi.
Bir an sonra yenə zəng gəlmişdi:
--Bura gəl. Tez!- demişdi.
Qapını açıb boynuma sarılmışdı.
--Qayınanam bizdədi, yatıb, səs salma, - pıçıldamış, qolumdan tutub öz otağına dartmışdı.

Səhər tezdən qapı cəftəsinin səsini Təzəpirdən gələn sübh azanının sədasına qatıb çıxmışdım.

Gündüzlər xəstəxanada, onun çarpayısı başında, gecələrsə Nuzunun yatağında görüşüb zamanı həyata çevirirdik. Nuzuya vurğunluğumu bildirmək üçün qulağına saysız söz pıçıldamışdım.

Üçüncü gün yenə sübh azanına qalmış durub Nuzunun mehriban baxışları altında geyinmiş, Təzəpirin mikrofonları işə düşən kimi ayağımın ucunda otaqdan çıxmışdım. Dişlərimi qıcayıb qapının cəftəsini açan anda dəhlizin işığı yanmışdı. Yuxusuzluqdan gözləri şişmiş xanım acıqla məni süzəndə başımı aşağı salmışdım.
--Səni vurğun vursun, bala! – xanım dünyanın bütün kədərini bir qarğışa büküb sifətimə çırpmışdı...

***
--O xanım, mənə dünyanın çirkabdan təmiz bütün gözəlliyini yaşatdı! –Sənin üçün gözəllik nədi? – qoluma toxunanda fikirdən ayıldım.
--Gözəllik... Məncə, gözəllik bax ətrafı əlvan güllərlə dolu, içində qırmızı balıqlar üzən bu gölçədi.
Başını buladı. Dediklərimlə razı deyildi. Bu gölçəyə məftunluqla baxsam da, dediklərimə mən özüm də inanmırdım. – Bəs o xanımla niyə ayrıldın? – söhbəti dəyişmək üçün soruşdum.
-- Nuzu hər şeyi öyrəndi. Necə öyrəndiyini demədi, amma xəstəxanadan çıxan

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az