səssizcə uzatdım.
--Yox, yatma! Bir azdan toran vuracaq, yaxşısı budur gedək, - o, elə gözüyumulu ayağa durdu.
Ayağından çəkdim. – Otur, bir az ondan danış, - dedim.
Ürəyim qopdu. Mən ondan belə bir xahiş edəcəyimi ağlıma da gətirməzdim, hətta, elə düşündüm ki, bu xahişi ürəyimdə etmişəm.
--Nə danışım? - çöməltmə oturdu. Sifətinin gərildiyini duydum, - Çöküşümü mənə yenidən yaşatmaq istəyirsən?!
--Yox, əlbəttə yox! Biz dostuq. Həm də... axı o vaxt işlərin elə alınmasında sənin günahın olmadı, - səhvimi düzəltmək üçün səsimi mülayimləşdırdim.
İçimdə isə, maqma qayaları çatladıb püskürmək üçün vulkanın boğazına çiləkənlənən kimi, başqa sözlər yığılmışdı. Dilim mənə “günahın özəyi sən idin; mənasını anlamadığın həyatı yaşamağı bacarmadın”- dedirtmək istəyirdi, demədim. Deməyə qorxdum.
--Dostuq?! – səsində istehza duydum, - sən onun dostu idin, mənim yox! Məni bütün dostlarımla bağlayan o idi. Mən onun dostlarının dostuydum. Cəhənnəm olsun hamısı!
Pərt oldum. Ona etdiyim yaxşılıqlardan birini yada salıb səmimi dost olduğumu sübüta yetirmək istədim, amma yadıma heç nə düşmədi. “Bəlkə təyyarə qəzasından sonra xəstəxanada keçirdiyi ağrılı günlərinə şərik olduğumu yada salım? Yox, olmaz! Əlbəttə olmaz!– başımı buladım, fikri başımdan qovmaq üçün ovurdlarımı dartışdırdım, - ömürdə elə günlər olur ki, o günləri yada salmaq iblisə sitayiş etmək qədər çəkicidi”.
Udqunub susdum. Bilirdim ki, bir qədər sussam, özü danışacaq.
--Özünə götürmə, - çiynimə toxundu, - o vaxt xəstəxanada yatanda mənə çox kömək durdun.
--...
-- Aramıza iblis girmişdi. O iblisi mən özüm böyütmüşdüm. Özüm! – dizlərini yerə atıb əlini paçasının arasına apardı, - bax burda! İblis həmişə
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14