təskinlik vermək üçün onun cavabında azacıq da olsa narazılığa umud edıb soruşdum.
--Hə! Tam xoşbəxtəm! – o bunu elə gümrah səslə dedi ki, qolumun keyiyib yanıma düşdüyünü hiss elədim. – Nuzunun xoşbəxt olub-olmadığını deyə bilmərəm, ancaq alacan oyunlarımızın gözəlliyi münasibətlərimizdəki bütün çala-çökükləri hamarlayır. Məni Nuzunun o oyunları hansı sarıköynəklidən öyrəndiyi əsla maraqlandırmır.
İçimdəki qorun üstünü örtmüş külün ustufca sovrulduğunu hiss etdim. Düşündüklərimin üzümdə məkrli təbəssüm yaratmasını gizlətmək üçün mayaotundan birini qoparıb burnuma tutdum.
--Atam da belə idi, - o dedi, - uşaq vaxtı hər gecə yorğanımın altından onun anamla davasını, anamın iniltili “olmaz”larını eşidirdim. Axırda atam onu atıb getdi.
-- Hər ürəyin bir “olmaz”ı olur, - dedim.
Xeyli susduq.
-- Anam səni məndən çox istəyir, bilirsən?
Heyrətlə ona baxdım. Anasının dəhlizdə ürəyimə sapladığı qarğışı yadıma saldım.
--Sənə elə gəlir, - üzümü əllərimlə örtüb dedim.
-- Doğru sözümdü. Xəstəxanadan çıxandan sonra bir dəfə anam sənin barəndə danışırdı, “o uşaq damalı köynəkdə atan İlyasın cavanlığına yaman oxşayır!” – bax belə də dedi.
Barmaqlarımın arasından gölçəyə baxdım. Onun anasının niyə məni satmadığını indi anladım.
Gölçənin o başında üstü ağ çiçəklərlə dolu, zil yaşıl, ətli, uzunsov yarpaqları pas rəngli saplaqlara sarmaşmış ladan kolları bitmişdi. Yarpaqların kənarı aşağı qatlanmışdı. Bu, mənə onun anasının şlyapasını xatırladırdı.
Ona sarı çevrildim və onun da diqqətlə ladan kollarına baxdığını gördüm.
-- Qəşəng güllərdi, hə?- soruşdu.
-- Düzdü, qəşəngdilər. Yarpaqların büküşü məni valeh eləyib.
--Çox dərdin dərmanıdı, - arxadan səs
Yüklə: Mətn |
Zip
Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14