Ataqam, \"Vurğun\" (hekayə)

Məni Nuzunun istəyi ilə çağırdığını sonralar öyrəndim. Getmək istəmirdim, ancaq bəhanəm də yox idi. Çağırılan yerə onsuz da vaxtında gedən adam deyiləm, o dəfə isə qəsdən çox gecikmişdim. Onlar yaşayan binanın tinini dönəndə, uşaqları səs-küylə evdən çıxan görüb gizlənmişdim. Onun nərd dostu əl-qolunu oynada-oynada Nuzunun rəfiqələrinə nəsə gülməli əhvalat danışırdı.

Qapını üzümə ortayaşlı bir xanım açmışdı. Məktəb illəri valideyn iclasına həmişə onun damalı köynək geyən atası gəldiyindən, anasını heç vaxt görməmişdim. (Mən sonralar damalı köynəkləri lap çox sevdim). Başında qırmızı dənəcikli sarımtıl tor şlyapa, əynində güllü zərif don vardı. Məni görüb duruxmuşdu. Bir neçə saniyə damalı köynəyimə diqqətlə baxıb:
–İlyas!? - pıçıldamış və yaxınlaşıb məni qucaqlamışdı. Boyu məndən bir qarış kiçik idi. Başını çiynimə qoyanda şlyapası sürüşüb beli boyu diyirlənmişdi. Cəld əlimi atıb şlyapanı tutmuş, beləcə qolum xanımın belinə dolanmışdı. Ah çəkdiyini də aydınca eşitmişdim. Bir neçə dəqiqə beləcə quruyub qalmışdıq.
--Yox, mən İlyas deyiləm, xala, adım...
--Kim olduğunu bilirəm, bala. Keç, uşaqlar qonaq otağındadı, mən onsuz da evə gedirəm, - burnunu çəkmişdi. Deyəsən qəhərlənmişdi.

Həmin gün ürəyimdə Nuzuya qoyduğum xəlvəti adı da ilk dəfə dilimə gətirmişdim...

Qonaq otağında o tək idi. Məni görüb dilucu salam vermişdi, yerindən də durmamışdı. Çaxır süzüb buludda qalan aşdan bulaşıq bir boşqaba yığmış, əli ilə toyuq qanadı qopardıb aşın üstünə atmışdı. Xətrimə dəyməmişdi. Yox vallah!

Sonra Nuzu saçını qurulaya-qurulaya çilək xalatında otağa girmişdi. “Çox oynadıq, suyun içindəydim. Sabah saçımın rəngini də dəyişəcəm, bu rəng məni açmadı” – Nuzu onun

Yüklə: Mətn | Zip Səhifələr: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14



Top books

Ataqam, \"Vurğun\" (hekayə) “Fələstinli və sərçələr” Telefona zəng gəlir. Deməli, Telegraph qəzetinin Təyyarə. Ön sırada bir qadının Cəvahir Tanrıverdi. Göy qurşağı Eyvaz Zeynallı. Kəşfiyyatçılar Rus sektoru ilə Azərbaycan sektoru Suriya qaçqın 2004-2005-də Kosovada

Recommended sites

president.az mia.gov.az www.taxes.gov.az